Hacıqabulda 42 yaşlı qadın intihar etdi

2-11-2016, 17:23
330

Hacıqabulda 42 yaşlı qadın intihar etdiHacıqabul rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonunun Qarasu kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Nəcəfova Nərgiz Fərəməz qızı bu gün səhər saatlarında yaşadığı evdə özünü asıb.

İntiharın səbəbi hələlik bəlli deyil.

Qadının meyidi müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə aparılıb.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

   //apa