Bakıda 5 gün əvvəl intihar edən qadının meyidi tapılıb

5-01-2017, 23:41
474

Bakıda 5 gün əvvəl intihar edən qadının meyidi tapılıbBakıda dənizdə 5 gün əvvəl intihar edən qadının meyidi tapılıb.

Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, dənizdən təxminən 40 yaşında olan qadının meyidi aşkarlanıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı rayon şöbəsinə təhvil verilib. Dənizdə meyidi tapılan qadının Hövsan qəsəbəsi, Əhlimanov küçəsi ev 10 B mənzil 37 ünvanında yaşayan Leyla İsmayılova olduğu məlum olub.
L.İsmayılova intihar etmək məqsədilə dekabrın 30-da özünü dənizə atıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  //Report