Azərbaycanda polis əməkdaşı həbs edildi

6-10-2015, 22:06
452

Azərbaycanda polis əməkdaşı həbs edildi
Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri həbs edib.

Rayonun Polis İdarəsindən bildiriblər ki, polis əməkdaşlarına Əliabad kəndində narkotik vasitə əkilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında polis işçilərinin həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis işçisi Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.

Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İyul ayının 21-də Zaqatalada külli miqdarda narkotik bitki hesab edilən "çətənə kolu (kənəfə) ” aşkarlanaraq dövriyyədən çıxarılmışdı. Həmin bitkilər rayonun Aşağı Tala kəndində aşkarlanmışdı.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə kollarını əkib-becərən şəxs Aşağı Tala sakini, 1990-cı l təvəllüdlü Aslan Abdulla oğlu Əzizov həbs edilmişdi.

Aşkarlanan kolların ümümi çəkisi 275 kq olduğu bildirilmişdi.

   //ANS Press