Nərdivanla evə girən oğrunu qaçırtdılar

12-08-2016, 17:08
384

Nərdivanla evə girən oğrunu qaçırtdılarLənkəranda naməlum şəxs evə daxil olmaq istəyib.

Hadisə rayonun Şağlakücə kəndində qeydə alınıb. Naməlum şəxs gecə saat 2 radələrində nərdivanla kənd sakini Vasif Zakir oğlu Babayevə məxsus evin ikinci mərtəbəsinə qalxıb. Səsə oyanan evdəki qadınlar qışqırıblar. Qışqırıq səsindən ehtiyatlanan naməlum şəxs tez aradan çıxıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə də məlumat verilib. Polis əməkdaşları evə baxış keçirərək, istintaq üçün zəruri barmaq izlərini və həyətdə düşmüş siqaret qutusunu götürüblər.
 
Həmin şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

   //APA