"Zirə" II pilləyə yüksəldi-YENİLƏNİB-5

5-05-2024, 18:30
75

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən "Turan Tovuz"-"Zirə" görüşü başa çatdı. Gərgin keçən oyunda "Zirə" 1:2 qalib gəldi.


xxxxx


"Turan Tovuz" azalıqda qaldı. Oyunun 90+8 dəqiqəsində "Turan Tovuz"un heyətindən Rodorik Miller qırmızı vərəqə alaraq meydandan qovuldu-"Turan Tovuz"-"Zirə"-1:2


Oyunun 70-ci dəqiqəsində Sezar Mezza Koli "Zirə"nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda irəli çıxartdı-"Turan Tovuz"-"Zirə"-1:2



xxxxx

Oyunun 52-ci dəqiqəsində "Turan Tovuz" Fərid Nəbiyevin qolu ilə hesabı bərabərləşdirdi-"Turan Tovuz"-"Zirə"-1:1

xxxxx

"Turan Tovuz"-"Zirə" oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra "Zirə" 0:1 hesabda irəlidədir.

xxxxx

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turuna start verilib. PFL bu günə iki qarşılaşma təyin edib. 

Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Tovuz Şəhər Stadionu"nda "Zirə"ni qəbul edir. Tovuzlular bu oyunda doğma publika qarşısında keçən turun məğlubiyyətini yaddan çıxartmaq üçün qələbə qazanmağa çalışır. "Mavi qartallar" da keçən turun məğlubiyyətini unutdurmaq, eyni zamanda da "Neftçi"nin məğlubiyyətindən, "Sumqayıt"ın xal itirməsindən maksimum yararlanaraq  üçün bu oyunda qələbə qazanaraq II pilləyə yüksəlmək haqqında düşünür. Hakim Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada artıq oyunun 14-cü dəqiqəsində "Zirə" Salifu Sumanın qolu ilə hesabı açdı-"Turan Tovuz"-"Zirə"-0:1

Günün ikinci qarşılaşmasında "Araz-Naxçıvan" " Liv Bona Dea Arena"da "Sabah"ı qəbul edəcək. Keçən tur "Zirə"ni məğlub edən Muxtar Respublika təmsilçisi bu turda uğurlu seriyasını davam etdirmək arzusundadır.  "Sabah"da "Neftçi"nin məğlubiyyətindən, "Sumqayıt"ınxal itirməsindən maksimum istifadə edərək  Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizəni aparmaq üçün matçdan üç xalla ayrılmağı düşünür.

Turun sonuncu görüşü Bazar ertəsi günü keçiriləcək.

Günün yeganə turun sonuncu oyununda "Səbail" "ASCO Arena"da "Qəbələ"ni qəbul edəcək. Keçən tur məğlubiyyət açısı dadan "dənizçilər" bu tur doğma azərkeşlər önündə audsayderə qalib gəlmək istəyir. "Qəbələ" matçda ən azı bir xal qazanmağı düşünəcək.

Qeyd etdyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasına dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub. 

İlk olaraq qədim Gəncə təmsilçisi "Kəpəz" "Tovuz Şəhər Stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitdi-"Kəpəz"-"Sumqayıt"-0:0.Oyunun 80-ci dəqiqəsində  "Sumqayıt" Cordon Rezabalanın qolu ilə hesabı açıb-"Kəpəz"-"Sumqayıt"-0:1.Oyunu 90+2 dəqiqəsində "Kəpəz" azlıqda qaldı. "Kəpəz"in heyətindən Olavale Onanuqa ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-"Kəpəz"-"Sumqayıt"-0:1. Hər kəs bundan sonra "kimyaçılar"ın matçdan  üç xalla ayrılacağını gözləyirdirdi. Ancaq oyunun son üç dəqiqəsi dramtik sonluqla yadda qalıb. Oyunun 90+5-ci dəqiqəsində Elçin Əlicanov  "Kəpəz"in bərabərlik topuna imza atıb-"Kəpəz"-"Sumqayıt"-1:1.Oyunun 90+5-ci dəqiqəsində "Kəpəz" daha bir oyunsunu itirib. "Kəpəz"-in heyətindən  Martins Junior ikinci sarı vərəqəni alaraq meydandan qovulub-"Kəpəz"-"Sumqayıt"-1:1. Beləcə gərgin keçən oyunda tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-"Kəpəz"-"Sumqayıt"-1:1.

Günün ikinci qarşılaşmasında Azərbaycan derbisi olub. "Azərsun Arena"da "Qarabağ" "Neftçi"ni qəbul edib.Artıq oyunun 12-ci dəqiqəsində "Qarabağ" Nəriman Axundzadənin qolu ilə hesabı açıb-"Qarabağ"-"Neftçi"-1:0.Oyunun 40-cı dəqiqəsində Toral Bayramov "Qarabağ"ın ikinci topuna imza atdı-"Qarabağ"-"Neftçi"-2:0. İlk hissə "köhlən atlar"ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 66-cı dəqiqəsində Leandro Andrade "Qarabağ"ın üçüncü topuna imza atıb-"Qarabağ"-"Neftçi"-3:0.Oyunun oyunun 77-ci dəqiqəsində Nəriman Axundzadə dubl edərək özünün ikinci  "Qarabağ"ın dördüncü topuna imza atıb-"Qarabağ"-"Neftçi"-4:0.Oyunun 78-ci dəqiqəsində "Neftçi" azlıqda qalıb. "Neftçi" heyətindən Yuri Matias qırmızı vərəqə alaraq meydandan qovuldu-"Qarabağ"-"Neftçi"-4:0.Oyunun 85-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ın beşinci topuna imza atıb-"Neftçi"-"Qarabağ"-5:0. Bu oyunda vurulan son qol olub və "Qarabağ" matçdan 5:0 qalib ayrılıb.