Azərbaycanda 36 yaşlı kişi donub öldü

5-01-2016, 16:13
400

Azərbaycanda 36 yaşlı kişi donub öldüMasallıda 36 yaşlı kişi donaraq ölüb.

Masallı Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə rayonun Türkoba kəndində qeydə alınıb. Səhər saatlarında kənd camaatı tikinti materiallarının satış bazarının arxa hissəsində naməlum kişi meyiti olduğu barədə polisə məlumat verib. Dərhal əraziyə cəlb edilən polis və prokurorluq əməkdaşları meyiti tibbi müayinə üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Masallı rayon şöbəsinə aparıblar.

Araşdırmalar zamanı donan şəxsin Türkoba kənd sakini, 1979-cu il təvəllüdlü Şahin Əliqulu oğlu Quliyev olduğu müəyyən edilib.

Polis idarəsindən onu da bildirdilər ki, Şahin Quliyev gecə saat 04 radələrində sərxoş vəziyyətdə evdən çıxıb və yolda gedərkən yıxılıb və yıxıldığı yerdə soyuqdan donub.

Donan şəxsin 1 övladı var.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

  //ANS Press