Bakıda daha bir polis əməkdaşı xidməti avtomobillə piyadanı vurdu

7-06-2016, 14:17
567

Bakıda daha bir polis əməkdaşı xidməti avtomobillə piyadanı vurduBakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

Hadisə bir neçə gün əvvəl Sabunçu qəsəbəsi, Şəhər şossesində qeydə alınıb. Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Altay Ələmdar oğlu Mahmudov idarə etdiyi "Fiat Doblo" markalı, 90 AP 170 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1974-cü il təvəllüdlü İradə Məhərrəm qızı Abdullayevanı vurub. İ. Abdullayeva əlindən yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
 
Faktla bağlı araşdırma aparılır.

   //APA