Ağdaşda şirniyyat sexi yanıb

25-05-2016, 13:45
247

Ağdaşda şirniyyat sexi yanıbAğdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan şirniyyat sexində dəzgahın elektrik naqilləri və taxta döşəmə 5 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, sex və içərisində olan 10 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın saat 01:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

   //Trend