Taliban nümayəndələri Kabildə Çin səfirinin başçılıq etdiyi diplomatik missiyasının heyəti ilə görüşüblər.
Trend-in "TASS" istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın Qətər siyasi ofisinin nümayəndəsi Məhəmməd Naim "Twitter" səhifəsində bildirib.
"Əfqanıstan İslam Respublikasının siyasi büro başçısının müavini Əbdül Salam Hənəfinin başçılıq etdiyi nümayəndə heyəti Çinin Kabildəki səfiri və işçi heyəti ilə görüşdü", - məlumatda deyilir.
Tərəflərin "təhlükəsizlik məsələləri və Əfqanıstandakı mövcud vəziyyət, həmçinin ikitərəfli əlaqələr və Çin tərəfdən humanitar yardım" mövzusunda müzakirələr apardıqları ifadə edilir.
Həmçinin Beyrutda fəaliyyət göstərən "Al Mayadeen" telekanalına verdiyi müsahibədə Məhəmməd Naim Talibanın Çin və Rusiya ilə yaxşı əlaqələri olduğunu deyib.
Nümayəndə bildirib:"Çin bizim üçün qonşu dövlətdir. Bizim onunla yaxşı münasibətlərimiz var. Eyni şey Rusiyaya da aiddir. Taliban Əfqanıstanın bütün qonşu ölkələri ilə əlaqələri inkişaf etdirməyi hədəfləyir".
//Trend
İlham Əliyev Forumun açılış mərasimində iştirak edib - VİDEO - FOTOLAR
Bayramov Mirzoyanla Qazaxıstanda görüşəcək?
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia
Bakı bu bəyannaməyə istinada həvəsli deyil
Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR
Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır-FOTOLAR
"Xırdalan" pley-off 'a qələbə ilə başlayıb
AVARÇƏKMƏ ÜZRƏ “PREZİDENT KUBOKU-2024”ÜN PARADI KEÇİRİLİB
İstanbulda 4-cü Beynəlxalq Məktəb Müdirləri Konfransı keçiriləcək
Ermənistan parlamenti delimitasiya və demarkasiyaya etiraz edənlərin təkliflərini rədd etdi
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
"Yaş ötdükcə dodaqlar nazikləşir”
“Nə atadan, nə qardaşdan qorxur”