"2016-cı il İŞİD üzərində qələbə ili olacaq"

28-12-2015, 23:49
315

"2016-cı il İŞİD üzərində qələbə ili olacaq"2016-cı il İŞİD üzərində son və qəti qələbə ili olacaq.

Bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.
 
"Əgər 2015-ci il azad edilmə ili idisə, 2016-cı il İŞİD üzərində böyük qələbələr ili olacaq", deyə əl-Abadi bildirib.
 
Onun sözlərinə görə, gələn il İraq ərazisi terrorçulardan tamamilə təmizlənəcək.
 
Qeyd edək ki, bu gün İraq ordusu Anbar əyalətinin ər-Ramadi şəhərini terrorçulardan azad etdiyini bəyan edib. Bundan sonra əyalətin qubernatoru bildirib ki, şəhərin hələ ki 80% ərazisi terrorçulardan təmizlənib. Xatırladaq ki, İŞİD silahlıları ər-Ramadını  2014-cü ildə ələ keçirib.

   //APA