Moskvada koronavirusdan ölənlərin sayı 9 349 nəfərə çatıb

6-12-2020, 17:56
113


Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 72 nəfər ölüb.

Nəzər Media.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 72 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 9 349 nəfərə çatıb.