Təyyarə iki ölü sərnişinə görə TƏCİLİ ENİŞ EDİB

15-01-2020, 21:24
164


"Thai Airways" şirkətinə məxsus təyyarə, Şri Lanka Bandaranaike beynəlxalq hava limanına təcili eniş edib.

Nəzər Media.az xəbər verir ki, buna səbəb göyərtəsində iki ölü sərnişinin olması olub.

Təyyarə Ciddədən (Səudiyyə Ərəbistanı) Surabaya hava limanına (İndoneziya) uçuçurmuş. Lakin laynerdə olan iki sərnişinin özlərini pis hiss etməsi pilotu təcili eniş etməyə vadar edib. Təyyarə yerli vaxtla saat 02: 45-də hava limanına enib.
Lakin bu vaxta qədər sərnişinlər artıq keçinib. Məlumata görə, bu İndoneziyadan olan kişi və qadın olub. (ölkə.az)