Moteldə yanğın: ölən və yaralananlar var

22-12-2019, 15:32
156


Koreya Respublikasının Kvancu şəhərində yerləşən motellərdən birində yanğın baş verib.

Yanğın nəticəsində 1 nəfər həlak olub, az 28 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, moteli yandırmaqda şübhəli bilinən 39 yaşlı şəxs polislər tərəfindən saxlanılıb.

//Trend