Ağır yol qəzası 20 nəfərin ölümünə səbəb oldu

22-12-2019, 12:43
127


Qvatemalanın Sakapa departamentində sərnişin avtobusu yük maşını ilə toqquşub.

Nəzər Media.az "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 20 nəfər həlak olub, 20-dən artıq insan xəsarət alıb.

Bildirilir ki, qəza zamanə avtobusda təxminən 55 sərnişin olub.

Məlumata əsasən, qəzanın səbəbi araşdırılır.