Yaponiya F-35 qırıcı təyyarələrin hazırlanması proqramına tərəfdaş kimi qoşulmaqda maraqlı olduğunu bildirib.
Bu barədə "Defense News" nəşri mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına əsasən, Yaponiya Müdafiə Nazirliyi tərəfindən ABŞ müdafiə nazirinin satınalmalar üzrə müavini Ellen Lorda göndərilən məktubda, müdafiə artırılmasının planlaşdırılması üzrə büronun baş direktoru Atsuo Suzuki Yaponiyanın F-35 proqramının üzvü olması üçün tələblər barədə məlumat istəyib.
Məktubda deyilir: "Düşünürəm ki, F-35 proqramının tərəfdaşı olmaq variantlardan biridir... Yaponiyanın tərəfdaş ölkə olmaq imkanının olub-olmaması barədə sizin fikirlərinizi bilmək istərdim. Həmçinin mən sizdən müdafiə nazirliyinə tərəfdaş ölkənin hüquqları və vəzifələri, xərclərinin bölgüsü və şərtlər haqqında ətraflı məlumat vermənizi xahiş edirəm".
Məktubda qeyd edilir ki, Tokio proqramın tərəfdaşı olmaq barədə son qərarı tərəfdaş ölkənin hüquqları və vəzifələri barədə məlumatla tanış olduqdan sonra verəcək.
//Trend
Bayramov Mirzoyanla Qazaxıstanda görüşəcək?
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia
Bakı bu bəyannaməyə istinada həvəsli deyil
Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR
Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır-FOTOLAR
"Xırdalan" pley-off 'a qələbə ilə başlayıb
AVARÇƏKMƏ ÜZRƏ “PREZİDENT KUBOKU-2024”ÜN PARADI KEÇİRİLİB
İstanbulda 4-cü Beynəlxalq Məktəb Müdirləri Konfransı keçiriləcək
Ermənistan parlamenti delimitasiya və demarkasiyaya etiraz edənlərin təkliflərini rədd etdi
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
"Yaş ötdükcə dodaqlar nazikləşir”
“Nə atadan, nə qardaşdan qorxur”
Bu həftə 6 gün işləyəcəyik?
« May 2024 » | ||||||
---|---|---|---|---|---|---|
B.e. | Ç.a. | Ç | C.a. | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |