Britaniyanın ən böyük bürünc heykəli "Plymouth" teatrının qarşısında ucaldılacaq

28-11-2018, 11:33
118


"Plymouth" teatrının qarşısında ucaldılacaq bürünc heykəl Böyük Britaniyanın ən böyük heykəli olacaq. "Messenger" adlanan 7 metrlik heykəl gələn ilin yaz aylarında nümayiş etdiriləcək.

Heykəltəraş Jozef Hiller heykəli Şekspirin "Otello" əsərindəki səhnələrin birindən ilham alaraq yaradıb.

Çəkisi 9,5 ton olan heykəlin hazırlanmasında 200-dən çox bürünc paneldən istifadə edilib.

//AzərTAc