Rusiyada parlament seçkilərində bülletenlərin 80 faizi hesablanıb

19-09-2016, 10:08
259

Rusiyada parlament seçkilərində bülletenlərin 80 faizi hesablanıbRusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim "Vahid Rusiya" Partiyası qalib gəlir.

Mərkəzi Seçki Komissiyası bülletenlərin 80%-nin hesablanmasını başa çatdırıb.

Nəticələrə əsasən "Vahid Rusiya" 54,28%,  Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, "Ədalətli Rusiya" Partiyası isə 6,17% səs toplayıb. "Vahid Rusiya" həmçinin 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.
 
Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.
 
Qeyd edək ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizəd mübarizə aparıb.

   //APA