Gürcüstanda parlament seçkilərinin ilkin nəticələrinə görə hakim "Gürcü arzusu" partiyasına məğlub olan Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası MSK binasının qarşısında etiraz aksiyası keçirir.
"Vahid Milli Hərəkat" partiyasının üzvləri və tərəfdarları MSK-nın qarşısına toplaşıblar. Binanın mühafizəsi gücləndirilib, patrul polisindən başqa əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Etirazçılar və polis arasında qarşıdurma baş verməyib.
"Biz MSK-nı xəbərdar etmək istəyirik ki, gürcü seçicilərin iradəsinə qarşı çıxış etməsinlər və reallığı əks etdirən göstəriciləri qeydə alsınlar", - deyə partiya üzvü Levan Tarxnişvili "Rustavi-2" telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində məntəqələrin 21,99 faizi üzrə hesablanmış bülletenlərin nəticəsinə görə, hakim "Gürcü arzusu" partiyası səslərin 52,67 faizini, eks-prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası isə 24,85 faizini toplayıb.
//APA
İyun ayının şanslı dörd bürcü: Pul içində üzəcəklər
Türkiyədən Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq
U-23 Avropa çempionatında iştirak edəcək millilərimizin heyəti müəyyənləşib
Azərbaycanlı şair vəfat etdi - FOTOLAR
14 yaşlı oğlan bıçaqlandı
"Sabah" önəmli matçdan qələbə ilə ayrıldı-YENİLƏNİB-3
"Zirə" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2
"Neftçi" II pilləyə yüksəldi-YENİLƏNİB-4
"Gözəl vücudum var, istədiyim paltarı geyinərəm" - VİDEO
Boksçularımız Konstantin Korotkov Memorialını 5 medalla başa vurub
Lamiyə Vəliyeva yenidən dünya çempionu oldu
"Attestatla ali məktəbə qəbul hələ gözlənilmir"
Sabah leysan olacaq, çaylardan sel keçəcək
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
Cəlilabadda itkin düşmüş 21 yaşlı qız Bakıda tapıldı