Ukrayna daha 20 yaşayış məntəqəsini azad etdi

12-09-2022, 17:02
165

BUGUNBİLDİM.COM



Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 20-dən çox yaşayış məntəqəsini azad edib və bu ərazilərə tam nəzarəti bərpa edib.

Nəzər Media.az APA-ya istinadən bildirir ki, bu məlumat Ukrayna SQ Baş Qərargahının son saata olan məlumatında yer alır.

Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib. Həmçinin 11 raket vurulub.