Azərbaycanda biznesmenlər həbsdə qaldı

18-11-2015, 22:51
439

Azərbaycanda biznesmenlər həbsdə qaldıBu gün Nərimanov rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ilə əlaqədar qaldırılmış cinayət işi üzrə adı keçən bir neçə nəfərin həbs müddətləri uzadılıb.

Bu barədə  Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovun vəkili Kamandar Nəsibov bildirib.

Vəkilin sözlərinə görə, proses bu gün başlanıb və növbəti günlərdə yenidən başqa fiqurantların həbsinin uzadılması müddətlərinə baxılacaq. Kamandar Nəsibov qeyd edib ki, məhkəmə həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.

"Bu gün bir neçə nəfərin həbs müddəti uzadılıb, bir neçə nəfərin və Adil Hüseynovun da həbs müddəti yaxın günlərdə uzadılacaq. Ümumilikdə bu işdə adı keçən təxminən 17-18 nəfər var. Bu şəxslərlə bağlı indiyə kimi hər hansı istintaq hərəkəti həyata keçirilməyib. Yalniz bir dəfə ilkin dindirilmə aparılıb. Həbs müddətinin uzadılması barədə qərardan apellyasiya şikayəti veriləcək”, - deyə Kamandar Nəsibov bildirib.

"Bu artıq ikinci dəfə həbs-qətimkan tədbirinin müddətinin uzadılmasıdır.Bundan sonra yalnız Baş prokrorun təqdimatı ilə uzadıla bilər. Müdafiə etdiyim şəxsə - Adil Hüseynova qarşı 218 milyon manat ittiham irəli sürülüb. Bunu tamamilə əsassız hesab edirəm. Hüseynova verilən maddədə ona aid deyil. O, Beynəlxalq Bankın işçisi olaraq yalnız bank rəhbərliyinin göstərişlərini icra edib. Beynəlxalq Bankın rəhbərliyi Cahangir Hacıyev, Emil Mustafayev, Fuad İslamov və digərləridir. Onlarla bağlı bütün yazışmalar bizdə mövcüddür” - deyə Kamandar Nəsibov vurğulayıb.

Adil Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynov 218 milyon dolları mənimsəməkdə ittiham olunur.

"Beynəlxalq Bank işi"nə adı çəkilən biznesmenlər bu ilin may ayında həbs edilib. Onların arasında "Avesta” konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, "PNN Group”un təsisçisi, Azərbaycanda "KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, "Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, "Azİmport” şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov kimi tanınmış şəxslər də vardı. Saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılmışdı. Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib və onlar haqqında 4 aylıq həbs qətiimkan tədbiri seçilib.

   //ANS PressAzərbaycanda biznesmenlər həbsdə qaldı

Məhkəmə həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib

Bu gün Nərimanov rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ilə əlaqədar qaldırılmış cinayət işi üzrə adı keçən bir neçə nəfərin həbs müddətləri uzadılıb.

   //ANS Press