Gömrükdən ödənişsiz buraxılan siqaret və alkaqollu içkinin say və həcmi AZALDI

27-11-2018, 21:24
220


Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda dəyişikliklər edib.

Bu barədə qərar Azərbaycanın Baş naziri Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

//Report