İyunun 22-də jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən saxlanılıb. Bu barədə «Facebook» sosial şəbəkəsində vəkil Cavid Rzazadə yazıb.
“Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. İlkin olaraq deyildi ki, Kamran axtarışdadır”, – vəkil yazıb.
Vəkilin yazdığına görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb.
«Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı», – vəkil yazıb.
K.Mahmudov “Azadlıq” radiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra «Kanal 13» internet televiziyasında çalışırdı.
“Azadlıq” radiosunun məlumatına görə, Qazax Rayon Polis Şöbəsindən bildiriblər «Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. İndi araşdırma gedir».
Polis əməkdaşı deyib ki, K.Mahmudovun saxlanma səbəbi ölkədən çıxışına yasaq qoyulması ilə bağlıdır:
//Modern.az
Rusiya Odessaya zərbələr endirib:14 yaralı
Britaniyanın iki ölkəsində seçkilər keçirilir
Təranə Aslanova Karyera sərgisinin önəmindən bəhs edib
ADA Universitetində 12-ci karyera sərgisi keçirilib-FOTOLAR
Brazilyada daşqın: 8 ölü
DİQQƏT! Yuxusuzluq insanı 4 yaş qocaldır
"Belə övlad dünyaya gətirib onu da süründürməyin"
İnsan niyə sevdiyini dişləmək istəyir - ARAŞDIRMA
Stolüstü tennis üzrə ölkə birinciliyi başlanıb
Musa Qurbanlı finalda uduzdu
DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ ABŞ-NİN ETNİK ANLAŞMA FONDUNUN PREZİDENTİ İLƏ GÖRÜŞÜB
Güləş üzrə milli komandalarımız Bakıda təlim-məşq toplanışı keçir
Azərbaycanlı idmançı çempion oldu
Selena sevgilisinə görə izləyicilərini itirdi - FOTOLAR
"Lexus Tropy 2024" turniri keçirilib