Jurnalist Xədicə İsmayılovanın şikayətinə baxılıb

26-11-2015, 09:58
400

Jurnalist Xədicə İsmayılovanın şikayətinə baxılıbBu gün Bakı apellyasiya məhkəməsində Azadlıq radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılovanın məhkəmə hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılovanın vəkili Fariz Namazlı müdafiə etdiyi şəxsə bəraət verilməsi barədə vəsatət qaldırıb.

Hüquq müdafiəçiləri Azadlıq radiosunun Bakı bürosunun rəhbərinə vermilş ittihamın əsasızlığını, qanunzsuluğu bildirərək hökmün ləğvini,bəraət verilməsini istəmişdi.

Hakim vəsatəti təmin etməyərək Bakı Ağır cinayətlər məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Noyabrın 19-da müdafiə vəkillərinin məhkəmədə iştirak etməməsi səbəbindən, məhkəmə prosesi təxirə salınıb. Oktyabrın 29-da da jurnalistin apelyasiya məhkəmə prosesi təxirə salınmışdı. Vəkil Fariz Namazlının sözlərinə görə, səbəb Xədicə İsmayılovanın Apellyasiya Məhkəməsinin ilkin iclasından bir ay müddətinə kassasiya şikayəti vermək hüququndan istifadə etməməsi olub. Vəkil kassasiya şikayəti vermək istəmədiklərini və prosesin davam etdirilməsini istədiklərini bildirib.

Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova 2014-cü ilin sonunda həbs olunub və keçmiş həmkarını özünəqəsd həddinə çatdırma, mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunub.

Bu il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist haqqında 7 il 6 aylıq azadlıqdan məhrumetmə qərarı çıxarılıb. O, keçmiş həmkarını özünəqəsd həddinə çatdırma ittihamına görə bəraət qazanıb.

Jurnalist Xədicə İsmayılova cinayət məcəlləsinnin öldürmə həddinə çatdırma maddəsilə təqsirli bilinərək dekabrın 5-də həbs edilsə də, sonradan bu işə xitam verilib, onun barəsində mənimsəmə,vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi başlanaraq 7 il 6 ay həbs qərarı çıxarılıb.

   //ANS