UEFA Əliyar Ağayevə inanır

6-12-2016, 17:10
234

UEFA Əliyar Ağayevə inanırAzərbaycanlı hakim Əliyar Ağayev növbəti uğuruna imza atıb.

FIFA referisi UEFA-nın I kateqoriyasına keçib. Bu, Azərbaycan futbolunda ilk belə haldır. 29 yaşlı referi bununla da Çempionlar Liqasının qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.

Qeyd edək ki, 3 ildir FİFA referisi olan Ağayev cari mövsüm 3 dəfə Avropa Liqasının qrup oyunlarına təyinat alıb.

   //Goal.az