Nalbandyan Azərbaycan-Ermənistan sərhədində

30-12-2015, 12:04
408

Nalbandyan Azərbaycan-Ermənistan sərhədində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan-Azərbaycan sərhəd xəttinə səfər edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış olub.

Nalbandyan əsgərlərlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Ermənistanın səyləri barədə danışıb.

Cəbhə xəttində baş verən son gərginliklərdən sonra Ermənistan rəhbərliyinin Azərbaycan-Ermənistan dövlət sərhədinə və Dağlıq Qarabağ zonasına səfərləri artıb.
17 dekabrda cəbhə xəttində baş verən döyüş toqquşmasından sonra Ermənistan ordusu 3 hərbçisinin öldüyünü açıqlamışdı.

Atışma zamanı Aqazi Qriqoryan (1996-cı il), Ruben Aleksanyan (1996-cı il) öldürülmüşdü. Həmin itkilərdən sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan 19 dekabrda gözlənilmədən səhər saatlarında Dağlıq Qarabağa səfər etmişdi.

   //ANS Press