Prezidentə məktub: "Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin etdiyiniz qətiyyətli addımları atmır"

1-04-2020, 16:52
163


Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin etdiyiniz qətiyyətli addımları atmır.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda Bakı sakini Gülnarə Qarayeva yazıb.

O qeyd edib:

"Hörmətli cənab Prezident.

Əslində, bu günlər Sizə ancaq "əziz Prezidentim" deyə müraciət etmək istəyirəm. Çünki Siz Azərbaycan üçün gördüyünüz işlərlə qəlbləri fəth edirsiniz.

Mən ədəbi fəaliyyətlə məşğulam. Qürurla qeyd edim ki, bir sıra beynəlxalq müsabiqələrdə mükafatlar qazanaraq ölkəmizin adını ucaltmışam. 2013-cü ildə Rusiyada keçirilmiş "Boldin payızı" festivalının qalibiyəm. Bu uğur Azərbaycandan hələlik tək mənə qismət olub. Bundan əlavə, "Ədəbi Vyana" müsabiqəsinin laureatı, "Milli Kitab" Mükafatının finalçısıyam. Qızım da mənim uğurlarımı davam etdirir, ölkəmizin adını beynəlxalq aləmdə tanıdır.

Bu gün Sizin Azərbaycan üçün etdikləriniz ölkəsini sevən, fəal vətəndaş mövqeyi göstərən bir insan kimi məni duyğulandırdı. Dünyanın belə çətin, qarışıq günlərində heç bir ölkədə heç bir lider Sizin etdiyiniz qətiyyətli addımları atmır. Siz bütün insanları düşünür, onların qayğısına qalırsınız. Bu zəhmətinizə, bu qayğınıza görə təşəkkür edirəm. Özünüzə də qayğı göstərin, əziz Prezidentimiz. Xalq Sizi sevir.

Siz bizim hər birimizin Prezidentisiniz. Azərbaycan Sizin sayənizdə inkişaf edir. Çox sağ olun ki, ölkəmizi ancaq irəli aparırsınız.

Hörmətlə,

Qarayeva Gülnarə Faiq qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu".

  //milli.az