Kamal Abdulla "Şöhrət" ordeni aldı

3-12-2015, 17:39
346

Kamal Abdulla "Şöhrət" ordeni aldıKamal Abdullayev təltif edildi. Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram.
Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev "Şöhrət” ordeni ilə təltif edilsin".

Kamal Abdulla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədridir.

2000-ci ilin iyun ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə yeni təşkil olunmuş Bakı Slavyan Universitetinin rektoru təyin edilib. 2014-cü ilin fevral ayının 28-nə kimi bu vəzifədə çalışıb.

K.Abdullayev Dilşünas, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü(18 iyul 2014-cü ildən), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədridir.

   //ANS Press