Prezident icra başçılarını dəyişdi

19-05-2016, 22:08
682

 Prezident icra başçılarını dəyişdiPrezident İlham Əliyev R.A.Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Rəcəb Abas oğlu Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".


Prezident İlham Əliyev A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".


Prezident İlham Əliyev A.N.Əsgərovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ayaz Nəriman oğlu Əsgərov Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".


Ayaz Nəriman oğlu Əsgərov 1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur. Azərbaycanlıdır.


Ali təhsillidir. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır. 6 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

   //AzərTAc