Azıb Ermənistana keçən azərbaycanlının məhkəmə vaxtı bilindi

30-10-2015, 12:53
356

Azıb Ermənistana keçən azərbaycanlının məhkəmə vaxtı bilindiErmənistanda azərbaycanlı olan Gürcüstan vətəndaşı Tuqay Mikayılovun məhkəməsi başlayır. Məhkəmə Lori vilayət məhkəməsində noyabrın 2-də olacaq.

35 yaşlı Mikayılova qarşı sərhəddi qanunsuz keçmək ittihamı ilə cinayət işi açılıb. Bu maddəyə görə o 100 min dram cərimə edilə və ya 3 il müddətinə azadlıqdan məhrum oluna bilər.

İyulun 23-də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kəndində yaşayan, 35 yaşlı Turqay Lətif oğlu Mikayılov yolu azaraq Ermənistan tərəfə keçib.

Qohumlarının sözlərinə görə, bu hadisə Dmanisinin Yırğançay kəndinin yaxınlığında, Faxralı sakinlərinə məxsus yaylaqda baş verib. Turqay həmin ərazidə çobanlıq edib və siqaret almaq üçün dağdan enərkən, yolu azaraq Ermənistanın Cücə kəndinə gedib. Turqayı İrəvana aparıblar.

T. Mikayılov ailəsi ilə bir dəfə danışıb və İrəvanda ona 2 ay saxlanılacağını dediklərini bildirib.

  //ANS Press