Nazir müavini: ""Cənub qaz dəhlizi" yalnız Xəzər qazının nəqli üçün deyil, həm də..."

12-10-2016, 15:32
309

Nazir müavini: ""Cənub qaz dəhlizi" yalnız Xəzər qazının nəqli üçün deyil, həm də..."""Cənub qaz dəhlizi" layihəsi hamı üçün sərfəlidir".

Bunu Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi zamanı deyib.

Stankovun sözlərinə görə, Bolqarıstan bu layihəyə böyük maraq göstərir.

Nazir müavini deyib: "Cənub qaz dəhlizi" layihəsinin həyata keçməsi üçün bir çox ölkələr və şirkətlər qüvvəsini birləşdirib. Bu layihə yalnız Xəzər qazının nəqli üçün deyil, həm də digər aspektlərə malikdir".

   //Trend