"Cənub” qaz dəhlizi layihəsi Avropa üçün çox vacibdir.
Bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin təsisçisi Riçard Morninqstar "naturalgaseurope.com”a müsahibəsində deyib. O bildirib ki, son 20 il ərzində Azərbaycan öz neftini Türkiyəyə nəql edən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsini uğurla həyata keçirməyə nail olub. Hazırda isə "Cənub” qaz dəhlizi layihəsi icra olunur. Bu dəhliz Türkiyəyə və son nəticədə isə Avropaya qaz tədarük edəcək. "Cənub” qaz dəhlizi ilə ilk əvvəl ildə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr isə Avropaya çatdırılacaq.
Qeyd edək ki, Azərbaycanın "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan və "Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən Trans-Anadolu qaz boru kəməri (TANAP) Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən "Trans-Adriatik” (TAP) boru kəmərinə qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
//AzərTAc
Miodraq Bojoviç: “İlk yarı istədiyimiz kimi oynaya bilmədik”
Bu pivəni içən 10 nəfər öldü
Paris Hilton öz yalanını üzə ÇIXARDI – FOTOLAR
Günün qoroskopu: Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib-FOTOLAR
İyun ayının şanslı dörd bürcü: Pul içində üzəcəklər
Türkiyədən Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq
U-23 Avropa çempionatında iştirak edəcək millilərimizin heyəti müəyyənləşib
Azərbaycanlı şair vəfat etdi - FOTOLAR
14 yaşlı oğlan bıçaqlandı
"Sabah" önəmli matçdan qələbə ilə ayrıldı-YENİLƏNİB-3
"Zirə" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2
"Neftçi" II pilləyə yüksəldi-YENİLƏNİB-4
"Gözəl vücudum var, istədiyim paltarı geyinərəm" - VİDEO
Boksçularımız Konstantin Korotkov Memorialını 5 medalla başa vurub