Ermənipərəst vəkil CNN-də Xədicə İsmayılovadan danışdı

27-01-2016, 11:38
452

Ermənipərəst vəkil CNN-də Xədicə İsmayılovadan danışdıHollivud ulduzu Corc Kluninin arvadı, ermənipərəst vəkil Amal Kluni CNN kanalında Kristian Amanpurun verilişində çıxış edib.

Verliş bütünlüklə Amal Kluninin hüquqlarını müdafiə etdiyi Maldiv adalarının sabiq prezidenti Məhəmməd Nəşidə həsr olunub.

Amma veriliş zamanı aparıcı vəkildən həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılovanın məhkəmə işi barədə də soruşub.

Amal Kluni onun hüquqlarını müdafiə etmək fikrində olduğunu bir daha təsdiqləyib və Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamları "cəfəngiyyat”adlandırıb. Vəkil Azərbaycanda siyasi məhbuslar və insan haqlarının pozulması məsələsinə də toxunub.

Tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcək.

Bu barədə "Amerikanın Səsi” xəbər yayıb. Bildirilir ki, xanım Kluni bunu Amerikanın NBC kanalına müsahibəsində deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılovanın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçəyin "erməni soyqırımı” məsələsi ilə bağlı İsveçrə, Ermənistan və Fransa ilə Avropa İnsan Haqları Məhkəməsindəki davasında Ermənistan hökumətinin vəkili və müdafiəçisi məşhur hollivud aktyoru Corc Kluninin həyat yoldaşı Amal Kluni olub.

   //ANS Press