"Döyüşə yalnız qocalar gedir" filminin qəhrəmanı 17 yaşlı qızı zorlayıbmış

9-09-2021, 15:50
242

Dünya bu görüntüyü konuşuyor – VİDEO





Məşhur sovet və Ukrayna aktyoru, Karpenko-Kary adına Kiyev Milli Teatr, Film və Televiziya Universitetinin müəllimi Vladimir Talaşko 17 yaşlı qıza qarşı təcavüzdə günahlandırılıb.

Bu barədə "Suspilne" nəşri məlumat yayıb. Marketoloq Mariya Matros valideynləri ilə dost olan sənətçinin qurbanı olduğunu söyləyib. On il əvvəl Talaşko ona universitetə daxil olmağa cəhd etməyi təklif edib. Kiyevə gələndə müəllim imtahanları müzakirə etmək üçün onu evinə dəvət edib. Ancaq sonra ona birlikdə içməyi təklif edib.

Matros aktyorla yaxınlıq istəmədiyini deyib, onun 62 yaşı olduğunu xatırladıb: "Mən ona yaxınlıq istəmədiyimi söylədim, amma o israr etməyə davam etdi. İstəyinə çatdı, mən məşhur bir şəxsin nüfuzuna xələl gətirməməyə qərar verdim, amma indi Talaşkoya qarşı digər ittihamları eşidirəm".

Qeyd edək ki, avqust ayında ssenarist Boqdan Pankruxin də Talaşkodan təcavüzdən şikayət edən iki qadının ona yazdığını söyləyib.

//milli.az