Aktrisa təyyarədə dava saldı - FOTO

25-08-2021, 23:27
122


Aktrisa Melisa Döngel son vaxtlar rol aldığı seriallardakı obrazlı ilə yanaşı, qalmaqallarıyla da gündəmdən düşmür.

Nəzər Media.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu dəfə təyyarədə dava salıb.

Bodrumdan İstanbula gedən Melisa təyyarədə səs salan iki uşağa əsəbiləşib. Uşaqlara qışqıran aktrisa "Səssiz olun" deyib. Onların valideynləri ilə mübahisə edən Melisa "Uşaqlarınıza sahib çıxın. Sizə qulaq asmaq məcburiyyətində deyilik. Belə rahat uçmaq istəyirsinizsə, özəl təyyarı kirayə götürün" deyərək qışqırıb. D

igər sərnişinlər də mübahisəyə qoşulub. Təyyarə işçilərinin köməkliyi ilə tərəflər sakitləşdirilib. Həmin ailənin isə yeri dəyişdirilib.