Kanal D məşhur aparıcının verilişini ləğv etdi

25-11-2016, 22:35
256

Kanal D məşhur aparıcının verilişini ləğv etdiAparıcı Okan Bayülgen "Altın Portakal" gecəsi "Diriliş Ertuğrul" serialı haqda dediklərindən sonra böyük tənqidlərə məruz qalmışdı.

"İlin serialı" seçilən layihənin heç bir yaradıcı heyətinə söz verməyən Okanın üzr istəməsi də birmənalı qarşılanmamışdı. Hətta prezident Rəcəb Tayyip Ərdoğan məsələ haqda şərh bildirərkən "Diriliş Ertuğrul"u müdafiə etmişdi.

Bundan sonra Bayülgen: "Bu, mənim zarafat, danışıq tərzimdir. Bundan heç kim küsməməlidir. Serialın adını ön plana çıxartmaq üçün təkrar-təkrar söylədim. Kimi isə incitmişəmsə, üzr istəyirəm", - deyib.

Eyni zamanda Okan bu mövsüm Kanal D-yə qayıdaraq tok-şousuna bu kanalda davam edəcəkdi. Lakin qalmaqaldan sonra aparıcının verilişi ləğv olunub və telekanal O.Bayülgenlə yollarını ayırıb.

   //milli.az