"Diriliş Ertuğrul"un aktyoru məhkəməlik oldu

6-01-2017, 10:09
248

"Diriliş Ertuğrul"un aktyoru məhkəməlik olduAktyor Mehmet Polad məhkəməyə verilib.

"Diriliş Ertuğrul" serialında "Gümüştekin" obrazını canlandıran aktyorun evinə dəvət etdiyi Zeynəb Eren adlı qadını döydüyü və saçından tutaraq sürüyüb evdən atdığı deyilir.

Polisə müraciət edən qadının bədənində zorakılıq izləri aşkar olunub.

Haqqında zorakılıqla bağlı cinayət davası açılan M.Polad hakim qarşısına çıxaraq əslində qadının onu izlədiyini və evinə zorla daxil olmağa çalışdığını deyib:

"Evimə icazəsiz daxil olduğuna görə, onunla aramızda kiçik bir mübahisə yarandı, lakin ona qarşı heç bir zorakılıq tətbiq etməmişəm. Bu davada zərərçəkən tərəf əslində mənəm".

   //Axsam.az