Dünyanın ən çox qazanan gənc ulduzları - REYTİNQ

16-11-2016, 20:10
271

Dünyanın ən çox qazanan gənc ulduzları - REYTİNQ Nüfuzlu Forbes jurnalı 2016-cı ildə dünyada ən çox pul qazanmış, yaşı 30-dan az olan ulduzların reytinqini açıqlayıb.

Reytinqə 26 yaşlı amerikalı müğənni Teylor Sfift başçılıq edir.

O, il ərzində 170 milyon dollar qazanıb.

Ötənilki reytinqdə Svift 80 milyon dollar xalis gəlirlə 2-ci yerdə idi. Bu il onun gəlirlərini 2015-ci ilin mayında başlanmış "1989" konsert turnesi təmin edib. Turnedən əldə olunan ümumi gəlir 250 milyon dollardır.

"One Direction" qrupu 110 milyon dollarlıq gəlirlə 2-ci yerdədir.

İspaniyanın "Barselona" klubunun argentinalı qoleadoru Lionel Messi 81,5 milyon dollarlıq gəlirlə 3-cü pillədə qərarlaşıb.

Reytinqi təqdim edirik:

1. Teylor Svift - 170 milyon dollar

2. "One Direction" - 110 milyon

3. Lionel Messi - 81,5 milyon

4. Adel - 80,5 milyon

5. Rianna - 75 milyon

6. Castin Biber - 56 milyon

7. Novak Cokoviç - 56 milyon

8. Kevin Düran - 56 milyon

9. The Weeknd - 55 milyon

10. Sem Nyuton - 53 milyon dollar.

   //milli.az