"Səni axtarıram" yenidən efirdə

26-09-2016, 16:30
338

"Səni axtarıram" yenidən efirdəSon iş yeri hazırda fəaliyyəti dayandırılmış "ANS" olan Xoşqədəm Hidayətqızı "Xəzər" televiziyasında efirə qayıdıb.

Aparıcı "Səni axtarıram" verilişini "Xəzər"də təqdim etməyə başlayıb.

O, 5 il "ATV" kanalında aparıcılıq etdiyi həmin verilişi özü ilə "ANS"ə aparmış, lakin orada Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən efirdən götürülmüşdü.

Qeyd edək ki, bir birilərindən ayrı düşmüş insanları birləşdirmək məqsədi daşıyan veriiş hər bazar saat 22:00-da "Xəzər TV"də efirə gedəcək.

   //Axsam.az