MTRŞ-dən Xoşqədəmlə bağlı - AÇIQLAMA

14-11-2016, 12:09
335

 MTRŞ-dən Xoşqədəmlə bağlı - AÇIQLAMAXəbər verdiyimiz kimi, Meydan TV Xoşqədəm Hidayətqızının müəllifi olduğu və bir neçə il əvvəl ATV-də yayımlanan "Səni axtarıram” proqramının çəkilişlərini paylaşıb. Dünəndən geniş müzakirələrə səbəb olan kadrlara aparıcı qısa da olsa, münasibət bildirib.

Yayılan videomaterialla bağlı  açıqlama verən Milli Televiziya və Radio Şurası (MTRŞ) deyib ki, onlar bu görüntülərə şərh verə bilməzlər.

Qurumun Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, əgər o görüntülər efirdə getməyibsə, MTRŞ bununla bağlı şərh verə bilməz: "MTRŞ ancaq efirə cavabdehdir, efirarxası baş verənlərə yox”.

   //Lent.az