"Elit star” Cəmilə ilə Elşad Qarayev arasında efirdə ÇAXNAŞMA – VİDEO

23-04-2024, 01:03
42

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


"Elit star" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilə həmkarı Elşad Qarayev arasında efirdə gərginlik yaşanıb. 

Nəzər Media.az bizim.media-ya istinadən bildirir ki, hadisə tərəflərin qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində olub. 

Cəmilənin "Elşad, 30 il ərzində iki mahnı oxuyub, dayanmısan. İki dənə mahnı bu illər ərzində çox azdır" sözləri Elşadı özündən çıxarıb.

Qarayev İsgəndərovaya cavab olaraq "Sən yatmısan. Oxuduğum mahnılara qulaq asmamısan. Mən oxuduğum mahnıların adlarını çəkmək istəmirəm. Çünki həmin mahnıları xalq özü çox gözəl bilir". 

Cəmilə "Oğlun Rəvanın bütün mahnıları hitdir. O öz üzərində çalışır. Amma sən, Elşad, gecə-gündüz toylardasan. Toy hər zaman var. Hər zaman da olacaq. Mənim hər gün toyum var. Amma mən məclislərə yarım saat gedirəm. Bütöv toy aparmıram" sözlərini dilə gətirib. 

[media=]