Azər Həsrət: "Sən Əli Kərimli nə günə qaldın ki, səkkiz sinif bitirmiş birinin kölgəsində dolanırsan" -RUBRİKA

8-10-2019, 12:35
370

"Bu gün Azərbaycanda xalqın böyük əksəriyyətinin bel bağlaya biləcəyi sağlam bir müxalifət yoxdu"





Əziz oxucular! Nəzər Media.az İnformasiya portalı bu mövsümdən oxuculara təqdim etdiyi "Cəmiyyət və Gənclik" rubrikasının budəfəki qonağı tanınmış jurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvi, Azərbaycan Mətbuat Şurasının xarici əlaqələr komissiyasının sədri, İctimai Televiziya və Radio yayınları şirkətinin yayım şurasının üzvi Azər Həsrətdir. Vətəndaş cəmiyyətinin fəalı olan Azər Həsrət rubrika çərçivəsində cəmiyyətimizin siyasi-ictimai vəziyyətinindən, problemlərdən və onların həllindən bəhs etdi.

-İlk öncə istərdim ki, bizə bir qədər öz fəaliyyətiniz haqqında məlumat verərdiz. Bildiyiniz kimi rubrikamızın adı "Cəmiyyət və Gənclik"dir. Adından da göründüyü kimi rubrikanın əsas oxucu auditoriyası gənclərdən ibarətdir. Gənclər üçün sizin fəaliyyətiniz çox maraqlıdır.

-Gənclər üçün maraqlı olması məni sevindirir. Digər tərəfdən isə mənim özüm uzun illər gənclik fəallardan olmuşam və bir sıra fəaliyyətim olub. Əsgərliyim, əsgərləyimin ardından sonra texnikomdakı tələbəlik dövrüm deyə bilərəm. Tələbəlik dövrümün xüsusilədə milli azaldlıq hərəkatı dövrünə tuş gəlməsi. Ondan sonra Bakı Dövlət Universitetində tələbə olduğum dövr. Gənclik dövrümün təlatümlü doxsanıncı illərə düşməsi təbii kimi məni də bir fəal gənc olmağım üçün zəmin olub. Bundan əlavə olaraq 1994-cü ildə "Demokratik Gənclər" tələbə hərəkatını təsis etmişik. Bu gün Asif Əsgərlinin başçılıq etdiyi qurum fəal təşkilatlardan biri idi. Bundan əlavə olaraq bizim gənclər sektorunda müxtəlif fəaliyyətlərimiz olub. Milli Gənclər Formunun təşkilində iştirakımız olub. Buna qədər biz gənclər olaraq müxtəlif koalisiyalarda iştirak etmişik.Təbiidi ki, bütün bunların fonunda mən dönəmin fəal gənclərindən biri olmuşam. Eyni zaman mən Bakı Dövlət Univeristetinin kitabxanaçılıq fakültəsində təhsil alarkən Tələbə Elmi cəmiyyətinin sədri olmuşam. Orda bizim araşdırma bölməsi var idi. Bu gün özüm elmlə məşğul olmasam da bəzən araşdırmalar edirəm. Ancaq sonrakı dövrlərdə mənim böyük siyasətə adılmaq kimi iddialarım var idi. Hətta 1995-ci ildə Bakı Dövlət Universitetinin tələbəsi olaraq deputatlığa namizədliyimi irəli sürmüşdüm. Düzdü uğurlu olmadı. İddia etmirəm ki, kimsə maniə oldu. Onda mənim pulumda yox idi. Gücüm də yox idi. Hətta seçilmək üçün ictimai çəkim də yox idi. Ancaq bu seçki prosesi mənim üçün bir təcrübə oldu. Sonrakı dövlərdə də mən parlamentə təmsil olmaq üçün namizdəliyimi irəli sürdüm. Ancaq bəlli səbələrdən hələ də mən parlamentdə təmsil olunmuram. Ondan savayı mən üstünlük vermişəm beynəlxaql təşkilatlarda təmsil olunmağa. Yəni Azərbaycanın səsi olmağa çalışmışam. Buna da qismən nail olmuşam. Elə beynəlxalq təşkilatlar var ki, ora üzv olan ilk azərbaycanlı olmuşam. Müxtəlif beynəlxaq təşkilatlar var ki, onların rəhbər strukturuna seçilən ilk azərbaycanlı olmuşam. Belə işlər mənim həyatımda çoxdu. Mən düşünürəm ki, gənclər üçün maraqlı olasa belə söhbətləri biz gənclər üçün daha böyük auditoriyalarda təşkil edə bilərik. Ən azından stimullaşdırıcı bir vasitə kimi ola bilər. Mən bu gün bir jurnalistəm. Azərbaycan Respublikasının əməkdar jurnaslitiyəm, Mətbuat Şurasının idarə heyyətinin üzviyəm və Mətbuat Şurasının xarici əlaqələr komissiyasının sədriyəm. Eyni zaman da İctimai Televiziya və Radio yayınları şirkətinin yayım şurasının üzviyəm. Müxtəlif beynəlxalq təşkilatlarda da fəaliyyətimi davam etdirirəm.

-Qeyd etdiniz ki, beynəlxalq təşkilatlarla əlaqələr qurursuz. Biz fikir veririk ki, beynəlxalq təşkilatlarda iki standartlar mövcuddur. Azərbaycan da biz demirik ki, hər şey o qədər müsbət və idealdır. Heç Fransada, Amerikada belə hər şey ideal deyil. Ancaq Ermənistana baxanda Azərbaycanda hər bir şey idealdır. Ancaq qonşu dövlətə baxanda ordakı demokratiyanıı müşahidə edən də, qonşusuna yəni bizə qarşı işğalçılıq siyasəti aparması, soyqrım törədməsi minlərcə əsirimizin olması və hal hazırda orada iki nəfər vətəndaşımı girov saxlanılır. Bütün bunlara baxdıqda sizcə bu ikili standrta görə beynəlxaql təşkilatlar dini amili önə çəkirlərmi ?

-Təkcə din deyil. Digər faktorlar da var. Bilirsiz ki, 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayanda . O qanlı olaylar baş verəndə ermənilər dünayada təbliğat aparıdılar ki, müsəlmanlar biz xristian erməniləri öldürürlər. Bizə qarşı dözümsüzlük nümayiş etdirirlər. Ona görə də xristian dünyansını bizi müsəlmanlardan qorumasını xahiş edirik deyə deyirdirlər. Bu çağrış effekt verirdi. Az da olsa müxtəli dairələrdə ermənilərə xristian olduqları üçün dəstək verirlirdi. Bizim isə səsimizi heç kim eşidmirdi. Bizim barəmizdə dünyada bu gündə olan qorxunc müsəlman obrazı yaradılmışdı. Bu proses dünyada bu gündə var. Məsələm islami terror təşkilatları və s. Beynəlxalq təşkilatlarda da, beynəlxalq platformalarda da bu ikili yanaşmanı mən daim görmüşəm.Bu sadəcə olaraq din amili ilə bağlı olmayıb. Bu başqa amillərlə də bağlı olub. Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyən güclər var. Bunlar yaxın qonşularımızdı, bunlar uzaqda ölkələrdə olan müxtəlif mərkəzlərdir. Onlar istəməz ki Azərbaycan kimi özüdən deyən güclü iddiaları olan bir müstəqi dövlət ortaya çıxsın. Məhs buna görə onlar ikili standarlardan istifadə edirlər. Ermənistanda hansısa bir hadisə baş verir. Onu susqunluqla yola verirlər. Hansısa siyasi məhbus öldürülür, hansısa jurnalist öldülür- bu hadislər sakit şəkildə yatızdırılır. Ancaq Azərbaycanda hər hansısa bir şəxs hansısa problemlə qarşılaşan da onu o dəqiqə siyasiləşdirirlər və bütün ayağa qalxır. Mən təxminən 20 gün əvvəl Varşavada ATƏT-in bir tədbirində iştirak edirdim. Orda belə bir sualla çıxış etdim. Burada 57 dövlətin nümayəndəsi var. ABŞ-nın nümayəndəsi hər kəsi tənqid edir. Ancaq necə olur ki, 2003-cü ildə ABŞ İraqı işğal etdikdən sonra bu ölkədə 300-dən çox jurnalist öldürülüb. Bu çox dəhşətli faktdır. Bir ölkədə 300-dən artıq jurnalist öldürülür. Bilirsiz bu nə deməkdir ? Bütün bunların günahkarı ABŞ-dır. İndi mən sual edirəm. ABŞ 300-dən artıq jurnalistin ölmündə günahkardır. Hələ mən dinc əhalini demirəm. Ancaq necə olur ki, Azərbaycan kimi bir ölkəni iddiaham edirsiz. Biz harda öldürük? Nə vaxt öldürürük? Azərbaycanda jurnalist kimi öldürülən yeganə şəxs Elmar Hüseynov olub. 2005-ci ildə Monitor jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib. O qədər öldürülən 7 jurnalistimizi Dağlıq Qarabağda ermənilər öldürüb. Yəni Azərbaycan dövləti və xalqı ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə olaraq Rusiyanı təmsil edən iki jurnalistdə Dağlıq Qarabağda öldürülüb. Bunu da ermənilər edib. 9 jurnalistimiz ermənilər tərəfindən öldürülüb. Bir jurnalistimiz isə Çeçenistan müharibəsi zamanı öldürülüb. Fərhad Kərimov Çeçenistanda müharibə gedən zonda olub və öldürülüb. Yəni bu faktlar var. Bəzi jurnalistlər var ki, jurnalistikaya dəxli olmayan səbəblərdən öldürülüb. Şəxsi zəmində dava ediblər. Öldürülüblər. Məsələn Rasim Əliyev nümunəsi. Futbolçu haqqında nəsə yazmışdı. Onun yaxınları da onu döymüşdü o da öldü. Bu onları söymüşdü. Onlar da bunu görüşə çağırmışdılar və döymüşdülər. Bu siyasi hakimiyyətin sifarişi deyil. Bu siyasi hakimiyyətin ayağına yazıla bilməz. Elə sualları mən hər zaman qoyuram və deyirəm ki, bu ikili standartlardan əl çəkmək lazımdır. Əgər ümumi olaraq Cənubi Qafqazdan danışırıqsa gəlin Ermənistanla Azərbaycanı müqaisə edək. Onda görəcəyik ki, skala Azərbaycanın xeyrinədir. Niyə ? Bizdəki azadlıqlar onlardakından qat-qat artıqdır. Ermənistanda parlamentin güllə-baran edilməsi. Yəni belə hadisə bizdə olmayıb. Baş naziri öldürdülər, deputatları öldürdülər. Özü də buni bir nəfər jurnalist edib. Bir nəfər bir dəfəyə 8 deputatı öldürdü. Bizdə belə bir hadisə olmayıb axı. Bir jurnalisitin maşınına qumbara qoyub partladmıdılar. Azərbaycanda elə bir hadisə olubmu ?! Olmayıb. Belə faktları götürərək biz müqaisə aparırıq və onları ikili standardan imtina etməyə çağırırıq. Ancaq təssüflər olsun ki, bu çağrışlarımız qulaq ardına vurulur. Ona görə ki, hər kəs öz mənafeyini düşünür.

-Din amilindən danışıdıq. Bəzi müsəlman dövlətlər var ki, onların açıq-aşkar ermənipərəstliyi nəzərə çarpır. Bəs Türk birliyindən nə gözləntiləriniz var ? Məsələm bu yaxında elə Özbəkistanın özü bu konseyə daxil oldu. Macarıstan müşahidəçi üzv seçildi. Gələcəkdə bu konseyin güclü bir birlik olub dünyaya sözünü deyə biləcəyinə inam varmı?

-Bizim ümumiyyətlə nicatımız birlikdədir. Türk dövlətlərinin bütövlükdə türk xalqlarının xilası birlikdədir. Biz tək başına xilas ola bilməyəcəyik. Nə Azərbaycan, nə Türkiyə, Nə də Orta Asiyada olan türk cümuriyyətləri, nə dəki Rusiyanın işğalı altında olan Türk dövlətləri, İranın işğalı altında olan Güney Azərbaycan və digər türk toplumları. Eyni zamanda Qaqauziyanı deyək, Balkanlardakı türkləri deyək, Yunanıstanın işğalı altında olan Batı Trakiyanı deyək. Bizim ayrı-ayrılıqda xilasımız yoxdu. Biz birləşməliyik. Siz qeyd elədiz islam amilindən olan bəzi müsəlman dövlətlərin bizə münasibətini. Uzağa getməyək. Yaxın qonşumuz İranın timsalında nümunə göstərək. İran yaxın qonşumuz, qulağımızın dibində, bizimlə həmsərhəddir, bizə müsəlman qardaşlar deyir. Ancaq baxıb görürsən ki, Ermənistanın ayaqda durması üçün bir nömrəli dövlət İrandır. Biz onlara sual veririk ki, siz necə qardaşsız ki, bizə qardaş deyib bir müsəlman torpağını işğal edən Ermənistana nəfəslik rolunu oynayırsız. Bu adamlar iki üzlüdürlər. Onların islamdan istifadəsi yalançılıqdan başqa bir şey deyil. Bunlar şeytani əməllərlə məşğuldurlar. Bunlar din pərdəsi altında şeytana xidmət edirlər. Ona görə də bu gün Ermənistan İrana görə rahat nəfəs ala bilir. Bilirsiz ki, bir tərəfdən Türkiyə bunu blakada saxlayb, bu biri tərəfdən Azərbaycanla problemə görə özünü təcrid edib. Gürcütanın Rusiya ilə problemi olduğu üçün o sərhəddəndə istifadə edə bilmir. Bütün bunların fonunda Ermənistanın yeganə çıxışı İrandır. Bizim "müsəlman qardaşlarımız" Ermənistan üçün nəfəslik rolunu oynayırlar. Bizdə ona görə İrandan olan adamlara bunu açıq şəkildə deyirik. Onlara deyiri ki, siz doğurdan müsəlmansızsa, doğurdan Azərbaycana müsəlman qardaş deyirsizsə, doğurdan da islamın vəhdətinin tərəfdarısızsa onda Qurani Kərimin buyurduğu kimi edin. Bizdən olanların düşmənlərinə qarşı düşmənlik edin. Bir müsəlmanın düşməni bütün islamın düşmənidir. Bütün müsəlmanların düşmənidir. İran belə davranırmı ? Əsla yox. Ona görə də bizim vəziyyətimiz budur ki, biz yalnız Türk dünyasına fokslanmalıyıq bu məsələdə. Yəni Türkiyə çox səmimidir münasibətlərdə. Eynən Qazaxıstan, Özbəkistan və Türkmənistan. Yəni Azərbaycanla o qədər səmimidirlər ki, bir azərbaycanlı Özbəkistana gedən də özünü evdəki kimi hiss edir. Türkiyəyə gedən də özünü evdəki kimi hiss edir. Mən Hesab edirəm ki, bu birliyin rəsmiləşdirilməsi yaxşıdır. Artıq on illiyini qeyd edəcəyik. Üstəli bu il Özbəkistanda qoşulur Azərbaycanda keçiriləcək zirvə toplantısında. Macarıstan da müşahidəçi statusla bu birliyə qoşulur.Əlbətdə bunun özü çox sevindiricidir və biz arzu edirik ki, tezliklə Türkmənistanda bu şurada öz yerini tutsun.

-Azər bəy İosif Stalinin çox gözəl bir sözü var. Deyir ki, əgər tüfəngində on patronun varsa doqquzunu xainə birini düşmənə vur. Bu gün Azərbaycanda elə qüvvələr var ki, onlar hakimiyyətə yox məhs dövlətə müxalifdirlər. Əslində müxalifətin olması inkişafın səbəblərindəndir. Bu qüvvələrə münasibətinizi bilmək istərdik. Buna qarşı mübarizə hansı üsulda olmalıdır.

-Müxalifətin mövcudluğu ümimiyyətlə bir proflaktika məsələsidir. Bir ölkədə güclü, samballı sağlam müxalifət varsa o ölkə inkişaf edir. O ölkənin hakimiyyəti daha çox məsuliyyət hiss edər öz üzərində. Çünki bilər ki, onun yerinə göz tikmiş xalqın dəstəyini ala biləcək sağlam bir müxalifət var. Təssüflər olsun ki, bu gün Azərbaycanda xalqın böyük əksəriyyətinin bel bağlaya biləcəyi sağlam bir müxalifət yoxdu. Sağlam müxalifət var. Ancaq onlarda çox samballı deyillər. Onlar normal şəkildə parlamentdə də təmsil olunurlar. Bu və ya digər məslələrdə hakimiyyəti tənqid də edirlər. Hakimiyyətin yaxşı işlərini təqdirdə edirlər. Bir masa arxasında oturub danışa da bilirlər. Normal insanlardır. O adamların münasibəti dövlətə qarşı deyil. Bunlar sırf hakimiyyəti tənqid edirlər. Hakimiyyətdə bunu normal qarşılayır. Bizi tənqid edirlərsə demək daha yaxşı olması üçündür. Ancaq təəssüflər olsun ki, öznüə ana müxalifət deyən qüvvələr, xüsusəndə radikal qüvvələr Azərbaycan hakimiyyətinə qarşı tənqidi münasibət deyil, Azərbaycan dövlətinə qarşı münasibətdədirlər. Biz onların ermənilərlə ağız-ağıza verib Azərbaycan qarşı hücuma keçdiyini görürük. Biz onları beynəlxaql tribunalarda dünyanı Azərbaycanın üzərinə qaldırmasını görürük. Biz görürük ki, ermənilər bir məsələ qaldırır. Bunlar da ona dəstək veriri. Hətta siz gördüz ki, cənab Prezidentin bu yaxında Valday klubunda çıxından sonra Əli Kərimlinin bir açıqlaması var ki, Paşinyana cavab vermək üçün iki aymı gözləmək lazımdır. Cənab Prezident hər halda hər şeyi Əli Kərimlidən daha yaxşı bilir. Cənab Prezidentin ordakı çıxışı nə qədər ajiotaj yaratdı, hərəkətlənmə yaratdı. Bütün dünya bunun şokundadır. Ermənistan əlindən gələni edir ki, bu çıxış effektini itirsin. Bu yandan da Əli Kərimli onlara qoşulub çıxışın effektini öldürməyə çalışır. İndi belə adamlara nə demək olar ? Bu müxalifətçilikdirmi ? Deyil! İlham Əliyev orda nədən danışıdı ? Dağlıq Qarabağdan danışdı. O Paşinyana cavab olar demişdi ki, sən dedin Dağlıq Qarabağ Ermənistandır nöktə. mən isə sənə cavabında deyirəm ki, Dağlıq Qarabağ Azərbaycandı və nida işarəsi ! Yəni mən sənə hökümlə deyirəm bunu. Sən sadəcə nəqli cümlə ilə dedin bunu. Mən sənə hökümlə deyib bunu sənə diktə edirəm ki, beynində yaddaşında saxlayasan bunu. Bunu deyən Prezidenti istənilən normal müxalifət dəstəkləməlidir. Əli Kərimli nə etdi ? Paşinyan tərəfdarlarının tərəfini tutdu. Belə adamlar sağlam deyillər, Azərbaycanda hakimiyyətə gələmələrini heç kim arzu etmir. Heç bir normal azərbaycanlı bu cür adamların siyasətdə rol almasını arzu eləmir. Dövlət idarəçiliyində ümumiyyətlə bunları biz görmək istəmirik.

-Azər bəy bir sizinlə söhbət edirik. Mən sizin danışıq tərzinizə, görünüşünüzə diqqət edirəm. Çox yüksək səviyyədədir. Eyni prosesi mən hakimiyyəti təmsil edən şəxslərdə də gənclərdə də müşahidə edirəm. Ancaq bizim radikal müxalifət adlandırdığımız qarşı düşərgəyə nəzər saldığımız zaman görürük ki, sanki onlar üçün müxalifətçilik anlayışı mental dəyərlərimizə, adət-ənələrimizə qarşı müxalifətçilik etməkdir. Cəmiyyədə olan mədəniyyətə qarşı müxalifərçilik edirlər. Bu halla necə mübarizə aparmaq olar ?

-Bilirsiz insanlar düşünə bilirlər. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada əhali 100% savadlıdır. Belə ölkələrin sayı dünyada çox deyil. Hətta Avropa ölkələri belə bu məsələdə çox da öyünə bilmirlər. 98-97 % belə statistikalar var. Mən hələ Afrika ölkələrini demirəm. Orda faiz göstərcisi 30-40 arasıdır. Burdakı insanlar hər şeyi müqaisə edib nəyin ağ, nəyin qara olduğunu özləri üçün aydınlaşdıra bilirlər. Ona görə də radikal qüvvələrin heç bir hərəkəti burada dəstək görmür. Fikir versəz Azərbaycanda onların sırları, hər keçən il, hətta hər keçən ay seyrəlir. Niyə seyrəlir ? Çünki ağlı başında olan heç bir insan bu adamlarla yola davam etmək istəmir. Ona görə ki, onlarda daxildə demokratiya yoxdur. Partiya içində, təşkilat içində və ya hansısa qurumun içində lideri tənqid etmək olmaz. Ayrı-ayrı funksiyanerləri tənqid etmək olmaz. Niyə olmaz? Axı içəridə tənqid olmalıdır ki, inkişafda olsun da. Amma Azərbaycan hakimiyyətinə baxın. Mən özüm hakimiyyətin tərəfdarıyam. Özümdə lazım gələndə tənqid edirəm. Nazirləri, ayrı-ayrı deputatları və hakimiyyətin ümumi siyasətini. Niyə edirəm ? Çünki daha yaxşı olmasını arzu edirəm. Yəni bu adamlar bu məsələdə hakimiyyətə uduzurlar. Normal vətəndaş baxır görür ki, hakimiyyətdə olanlar tənqidi normal qəbul edirlər. Buna görə heç kim asmırlar, kəsmirlər. Ancaq bunlardan kimisə kimsə tənqid edəndə başlayırlar həmin şəxsi xain, satqın adlandırmağa və küçə söyüşləri ilə təhqir etməyə. Ona görə də bizim gənclərimi bu müqaisəni özləri üçün apara bilirlər. Apardığları zaman seçim edəndə hakimiyyətin xeyrinə edirlər seçimi. Deyirlər ki, mən burda olub özümü daha yaxşı ifadə edə bilərəm. Üstəlik burada mənə daha yaxşı perestpektiv vəd olunur. Üstəlik mən burda bütün potensialımı işə sala bilərəm. Yəni mən özümü reallaşdıra bilərəm. Vətəndaş olaraq sabaha yetişdirə bilərəm özümü. Ona görə də insanlarımız bu gün həmin radikallara inanmırlar. Onların arxasınca gedən insanlar aldandığını görür. Bəlli bir zamandan sonra deyirlər ki, sizinki sizdə bizimki bizdə. Yollarını ayırırlar. Üstəlik bu gün onların cəlb etməyə çalışdıqları daha çox dünya görüşü zəif olan gənclərdir. Hətta Əli Kərimlinin yanında özünə jurnalist deyən bir qız var. Onun kölgəsinə sığınıb Əli Kərimli. Bəlli olur ki, səkkiz sinif oxuyub o. Sən Əli Kərimli nə günə qaldın ki, 8 sinif bitirmiş birinin kölgəsində dolanırsan. Vaxt var idi sənin ətrafında professorlar, akademiklər, deputatalar cürbəsür siyasi adamlar var idi. Yəni hərəsi bir lider idi onların. Onlardan kim var bu gün onun ətrəfında ? Heç kim yoxdur. Əli Kərimlinin vitrininə baxın. 20 il əvvəlki vitrinə və bu günə olan vitrinə baxın. Görün adam nə qədər rəzil durumdadır. Səbəb nədir ? Səbəb odur ki, ona həmin vaxt həmin vitrindəki adamlar izah etməyə çalışıblar ki, bu yol yalnışdır. Dövlətə qarşı müxalifətçilik etmək olmaz. Hakimiyyətə qarşı müxalifətçilik etmək olar. Bu adam bunları biri birindən ayırmaq istəmədiyinə görə, özünü xarici mərkəslərə daha çox qapdırdığına görə, xarici qüvvələrin əlində alətə çevrildiyinə görə və üstəlik hakimiyyətdə tənqid etiklərinin özündə daha çox olmasına görə insanlar ona inanmır. O deyir ki, hakimiyyət korrupsiyaya uğrayıb. İnsanlar sual verir. Sənin heç bir rəsmi gəlirin olmadığı halda necə olur ki, sənin övladların Bakıda ən bahalı məktəblərdə oxudlar ? Londonda ən bahalı məktəblərdə oxudular ? Hardan alırsan bu pulu ? Vermir cavabını və yaxud verə bilmir. Ona sual edirlər ki, sən vətənpərvərlikdən danışırsan. Hakimiyyəti qınayırsan ki, vətənpərvər deyillər. Sənin övladların niyə əsgərlikdən yayınırlar? Sənin oğlun niyə əsgər getməməlidir ? Bu millətin hansı övladından artıqdır sənin oğlun ? Bu adam suallara cavab verə bilmir. O dəqiqə də başlayır ki, hakimiyyət məni hədəfə götürüb və s. Sənə o sualı hakimiyyət vermir. Mən Azər Həsrət verirəm. Mən şəxsən Əli Kərimlidən izahat istəyirəm. Oğlun niyə bu dövlətin ordusunda xidmətdən yayınır ? Bu sualın cavabını ver mənə. Vermirsənsə sən də şələ-şükəni yığışdır get oğlunun dalıyca. Sənin nə işin var burda ? Bu siyasət sənlik deyil. Burda bu dövləti sevən, bu dövlətin ordusunda xitmət etməyi şərəf bilən adamlar siyasət apara bilərlər. Yoxsa sən oğlunu yayındıracaqsansa, gəlib burada dava edəcəksən ki. mən hakimiyyətə gələcəyəm. Bu artıq qəbul olunası bir şey deyil.

Bəzən bu sual bir çox insanların xoşuna gəlmir. Mən bu sualı sizə bir yaşlı şəxs kimi deyil, bir həyat və fəaliyyət təcrübəsi zəngin olan adam kimi vermək istəyirəm. Bildiyimiz kimi cəmiyyətin ən avanqard hissəsi gənclərdir. Gəncliyin inkişafı cəmiyyətin tərəqqisi olduğu kimi geriləməsidə tənəzzülə aparıb çıxara bilər. Azərbaycan gəncinə tövsiyəniz nədir ?

-Yaşlılığı bəzi insanlar bəla kimi qəbul edir. Ancaq mən yaşımın üzərinə bir yaş gələndə sevinirəm. Deyirəm ki, nə gözəl oldu daha bir il yaşadım. Bu yaxşıdır əslinə qalan da. Zatən insan ömrü bəllidir ki, insan ömrü bəllidir ki, altımış, yetmiş səksən kimə Allah nə ömür verdisə o məsələ var. Bir insana nə qədər ömür verilsə o qədər yaşayır. O bizim üçün qənimətdir. Buna görə mən yaşdan narahat deyiləm. Qaldı gənclərə nə tövsiyyə məsələsinə. Bu gün gənclər arasında çox oluram. Görüşlərimiz çox olur. Sosial media üzərindən təmaslarımız çox olur. Mən əzilərək və üzülərək onu deyə bilərəm ki, gənclərimiz bədii ədəbiyyat çox az oxuyur. Bizim gənclik dövrümüzə nəzər salsaq. Biz meydanlarda olurduq. Soyuq havada olurduq. Mən 20 yanvar hadisəsinin iştirakçısıyam. Ancaq buna baxmayaraq biz gündə bir neçə saat vaxt tapıb bədii ədəbiyyat oxuyurduq. Yəni oxumasaq dayan bilmirdik. Günü bu gün də mən bədii ədəbiyyat oxumadan dayan bilmirəm. Oxuduğum haqqında yazı yazıram. Deyir insan beşikdən qəbr evinə qədər elm öyrənməlidir. Biz də elm öyrənməliyik. Elm öz yerində. Ancaq bədii ədəbiyyat insanın formalaşmasında çox mühim rol oynayır. Nitqdən tutmuş xarakterin formalaşmasına qədər köməklik edir. Mən tövsiyyə edərdim ki, bizim gənclərimiz kitabdan aralı düşməsinlər. İkinci məsələ bəzən gənclər arasında dalğa gedir ki, intahar edəcəyəm. Cəmiyyət mənə qarşı biganədir. Dəstəyim yoxdur. Bunlar boş şeylərdir. Bunları yığışdırmaq lazımdır. Yəni gənc olan adam kənardan kiminsə dəstəyinə bel bağıayıb hərəkət etməməlidir. Əlbəddəki dəstək olarsa lap yaxşı. Yox əgər yoxdursa mən gedim intihar edim, mən gedim özümü dənizə atım kimi fikirlər olmamalıdır. Çünki biz o gənclərik ki, gün olub ki çörək almağa pul tapmamışıq. Gün olub ki, bu Bakı şəhərində rus tanklarının qarşısında, rus əsgərlərinin dəyənəyinin altında vaxt keçirdmişik. Bizi həbs edib aparıblar. İncidiblər. Amma bütün bunlara biz dözmüşük dayanmışıq. Biz düşünməmişik ki, ölkəni qoyub qaçaq. Bəzi ünsürlər var ki, bir balaca problem olan kimi üz qoyur xaricə. Yada düşünməmişik ki, özümüzü gedib ataq dənizə, öldürək. İntahar edək ki, zülümdür, dözülməzdir. Bu gün Azərbaycan doxsanıncı illərlə müqaisə olunanda cənnətdir. O illərin ağırlığı, o illərin məhrumiyyətləri nəinki yoxdur, hətta indiki gənclər onu təsəvvür edə bilmir. Biz hətta onlara danışanda belə təsəvvür edə bilmirlər. Ona görə mən düşünürəm ki, gənclər öz iradələri üzərində işləməlidirlər. Yəni hər kəs qarşısında bir məqsəd qoymalıdır ki, nə olursa olsun mən özümün arzu etdiyi mənsəbə çatacağam. Nə olursa olsun mən ən çətin anlarda belə körpünün o biri tayına, çayın o biri tayına çatacağam. Yəni bu insanın xarakter məsələsidir. Mən arzu edirəm ki, gənclərimiz bu cür düşünsünlər. Hər kəs əmin olsun ki, əgər qarşısına bir məqsəd qoyursa, əgər o məqsəd uğrunda əzimlə çalışırsa, gec-tez o məqsədə çatır. Ola bilər ki, kimisi tez çatır. Ola bilər ki, kimisi gec çatır. Birisi lap gec çatır. Amma sən öz mənliyini sübut etməlisən. Mənliyni sübut edə bilməyib intahara meyl edənlər düşünməlidirlər ki, bu həyat üzərimə gəlirsə mən bu həyatın üzərinə gedib özümü sübut etməliyəm.

-Azər bəy gərgin iş qrafikinizə baxmayaraq bizə zaman ayırdığınız üçün təşəkkür edirəm sizə və ümid edirəm ki, rubrika çərçivəsində olan bu müsahibə oxucular tərəfindən müsbət qarşılanacaq

-Mən də ümid edirəm. Çox sağ olun.