Qonşuları Hollivud ulduzundan şikayətləndilər

28-09-2015, 12:33
401

Qonşuları Hollivud ulduzundan şikayətləndilər
"Malikanəni satın alıblar, təmir aparırlar - özləri bilərlər. Lakin yaşadığımız yerin ümumi memarlıq görünüşünü, landşaft dizaynını pozmaq olmaz. Üstəlik, təmir başlayandan bəri fəhlələrin, mexanizmlərin, maşınların səsindən evdə otura bilmirik".

İngiltərənin Berkşir qraflığındakı kiçik Sonninq kəndinin sakinləri belə deyirlər.
Ridinq şəhərinin yaxınlığındakı bu kənddə dünyaca məşhur aktyor, Hollivud ulduzu Corc Kluni və tanınmış britaniyalı vəkil Amal Əlamuddinin satın aldıqları malikanə yerləşir.
54 yaşlı Kluni və 37 yaşlı Əlamuddin evlənəndən az sonra sözügedən malikanəni 15 milyon dollara alıblar.

Az sonra isə köhnə malikanədə təmir başlanıb.
Malikanənin qonşuluğunda yaşayan sakinlər təmirdən narazılıq ediblər və bələdiyyəyə üz tutublar.
Kluni və Əlamuddin olayı şərh etməkdən boyun qaçırıblar.

   //milli.az