Azərbaycanın tanınmış rejissoru vəfat etdi

8-03-2016, 14:27
322

Azərbaycanın tanınmış rejissoru vəfat etdiRejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.

O, uzun sürən ağır xəstəlikdən bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, F.Əliyevin 43 yaşlı oğlu Rəşad Əliyev də yaxın günlərdə dünyasını dəyişib. İctimai Televiziyanın (İTV) əməkdaşı olan R.Əliyevin fevralın 27-də dənizdən meyidi tapılıb.

Xatırladaq ki, F.Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə M.A.Əliyev adına ADİİ-nin aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib.

O, "Yuxu", "Axırıncı dayanacaq", "Ölüm növbəsi" və s. filmlərin rejissoru olub.

   //report