Natavandan Röyaya: "O, müasirliyi lütlənməklə ölçür"

29-02-2016, 16:18
355

Natavandan Röyaya: "O, müasirliyi lütlənməklə ölçür"Müğənni Natavan Həbibi həmkarı Röya Ayxandan danışıb.

Sənətçi "ATV maqazin onlarla" verilişində həmkarının onlar haqqında dediyi "Mənə həmişə çuşka deyirdilər" sözlərinə cavab verib:

"İndi də ona elə deyə bilərəm. Röyanı mən tanıyan kimi heç kim tanıya bilməz. Biz bir-birimiz üçün ulduz ola bilmərik. Mənim münasibətim heç vaxt dəyişə bilməz. Heç vaxt deyə bilmərəm ki, "A o ulduzdur".

N.Həbibi Röyanın "İndi mən Natavanla Elnarənin geyiminə baxıb deyirəm, eh... İngilis dilini bilməklə deyil ki..." sözlərini məsxərəyə qoyub. İfaçı həmkarı ilə münasibətlərinin olmadığını da etiraf edib:

"Bizi bəyənməz. Biz qapalı geyinirik. O da müasirliyi lütlənməklə ölçür. Özü lütdənir. Biz qapalı geyinirik, geridə qalmışık. Elə hesab etsin. Biz görüşmürük, ortaq dostlarımız da yoxdur. Hər kəsin öz dostları, ətrafı var".

   //axşam.az