Müğənni Xatirə İslam şou-biznesdəki qruplaşmalardan danışıb.
Bir zamanlar ifaçının xalq artisti Aygün Kazımovanın yaratdığı qruplaşmada yer aldığı xəbəri yayılmışdı. Xatirənin 10 il əvvəl yarışların birində Natavan Həbibini udması bu söhbətləri daha da şiddətləndirmişdi.
X.İslam "ATV maqazin onlarla” verilişində məsələyə aydınlıq gətirib:
"Aygün Kazımova sağdır, özündən soruşun. Mənim o xanımla heç bir küsülülüyüm olmayıb. Mənə deyirdilər ki, sən Aygün Kazımova ilə eyni qruplaşmada idin, ona görə Natavana qalib gəldin. Elə bir insanam ki, heç kim mənə deyə bilməz, nəyisə belə et. Mənə xoşluqla kimsə nəsə deyə bilər. Məni öldürmək asandır, nəinki qorxutmaq. Əgər Aygün xanım mənə nəsə desəydi, "baş üstə" deyərdim. Amma elə bir şey olmayıb. Yarışmada istədim səs-küy yaradım, hamı məndən danışsın. Yaratdım da... Mahnı oxuyursan ki, tutsun partlasın, hit olsun. Bu sənətdə elə addım atmalısan ki, hamı səndən danışsın".
İfaçı öz qruplaşmasından da söz açıb:
"Özünə hörmət edən, özünü tanıyan insan mənim qrupumda ola bilər".
//Axsam.az
Sərinləşdirici içki daşıyan yük maşını tarlaya aşdı: 2 yaralı
Yol qəzası: Avtomobil aşdı
30 qanunsuz mühacir xilas edildi, 22 nəfər qanunsuz mühacir isə saxlanıldı
İki yük maşını toqquşdu: 3 yaralı
Castinin arvadından hamiləlik FOTOLAR
Azərbaycanın nümayəndə heyəti bədii gimnastika üzrə AVRO-da iştirak edəcək
Fudokançılarımız avropa çempionatıda iştirak edəcəklər
Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib
Kenyada torpaq sürüşməsi baş verib
Traktorun mühərriyinə paltarı ilişən 15 yaşlı qız vəfat etdi
Hərəkətsiz təyyarədən yerə yıxıldı
Həftə sonu Meksikada hava sərinləşəcək
Yol qəzası: Sürücü yaralandı
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır