"Çağırmadı, amma pis olmadım, sevindim"

8-01-2022, 23:24
156

BUGUNBİLDİM.COM



Müğənni Emil Bədəlov və Hacı Nazim Məmmədov bir-birini instaqramda "qara siyahı"ya atıb.

Nəzər Media.az axşam.az-a istinadən xəbər verir ki, Emil bu haqda "Səhər mərkəzi" verilişində deyib. O bildirib ki, hazırda nə qədər çalışsalar da bir-birini instaqramda tapa bilmir:

"Küsmüşdük, nəsə oldu. Biz də bir birimizi qara siyahıya atdıq. Sonra görüşdük, amma instaqramda profilimizi tapa bilmədik".

Emil müğənni Nadir Qafarzadənin onu oğlunun toyuna çağırmadığını söyləyib:

"İki zal götürüb, hərəsi 150 nəfərlik. Yəqin üçüncü 150 nəfərlik zalı götürə bilməyib. Çağırmadı, amma pis olmadım, sevindim".