Lotereyada 80 milyon uddu - 7 övladı, 21 nəvəsi var

30-10-2019, 20:06
148


ABŞ-ın Miçiqan ştatınının 54 yaşlı sakini Filip Çippeva ( (Philip Chippewa) Michigan Powerball lotereyasında 80 milyon dollar udub.

Filip lotoreya gəlirlərini ödədikdən sonra 42 milyon dolları əlinə alacaq. Qalibin 7 övladı, 21 nəvəsi var. O, lotereyadan əldə etdiyi pulla özünə və övladlarına ev, avtomobil, motosiklet alacaq.

Onun hətta işlədiyi işdən də çıxmaq niyyəti yoxdur.

//ölkə.az