Zimbabvenin sabiq prezidenti hər ay 150 min dollar alacaq

26-11-2017, 21:10
133


Zimbabvenin sabiq prezidenti Robert Muqabeyə ömrünün sonunadək hər ay təxminən 150 min dollar alacaq.

Bu haqda Guardian qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, prezident postundan getmək sazişində Muqabeyə hüquqi immunitet nəzərdə tutulub, həmçinin Muqabe pul ödənişləri ilə təmin ediləcək. Xüsusilə, sabiq prezident dərhal 5 milyon dollar alacaq.

Hesablamalara görə, Muqabe 10 milyon dollara qədər pul ala bilər.

//Trend