2020-ci ildə hər üçüncü planşetin klaviaturası olacaq

6-09-2016, 22:17
317

2020-ci ildə hər üçüncü planşetin klaviaturası olacaqPlanşet bazarı hazırda özünün yaxşı dövrünü keçirmir.

İDC analitikləri hesab edirlər ki, bu vəziyyəti hissə-hissə klaviaturalı cihazlar yaxşılaşdıra biləcək.

Bu il planşet cihazlarının satışı tarixi minimuma enib və 183,4 milyon ədəd təşkil edib. Ötən illə müqayisədə azalma 11,5 faiz olub. Bazarın bu seqmenti artıma 2018-ci ildə gələcək, 2020-ci ildə isə planşet cihazlarının satış həcmi 194,2 milyon ədəd təşkil edəcək.

Klaviatura bloklu cihazlar sensorlu planşetləri tədricən sıxışdıracaq. Əgər hazırda planşetlərin 85 faizi klaviaturaslı bloka malik deyilsə, 2020-ci ildə onların bazardakı payı 68 faizə qədər azalacaq. Klaviaturasız cihazların əsas hissəsi tez böyüyən iqtisadiyyata malik regionlarda satılacaq. Bu ölkələrdə aşağı qiymət əsas faktor olaraq qalacaq.

Ekran diaqonalı 9 düymdən yuxarı olmayan planşetlərin payı isə onilliyin sonunda hazırkı 55 faizdən 40 faizə düşəcək. Çünki istehsalçılar klaviatura bloklu, daha gəlirli və daha böyük diaqonal ekrana malik planşetlərin istehsalında maraqlı olacaqlar.

   //Lent.az