"Qarabağ" bu mövsüm Çempionlar liqasına əlvida dedi-YENİLƏNİB-4

13-08-2019, 22:25
356

"Qarabağ"-"Apoel" görüşü sona çatdı. Gözlənilməz şəkildə səfərdə 1:2 hesablı qələbə qazanan çempionumuz evdə 0:2 hesabı ilə məğlub oldu. "Qarabağ" yoluna UEFA Avropa Liqasının "play-of"unda davam edəcək.
xxxx
"Qarabağ" meydanda azlıqda qaldı oyuna əlavə edilən vaxtda Almediya ikinci sarı vərəqə alaraq qırmızı vərəqə ilə meydandan qovuldu.
xxxx
"Qarabağ" ikinci topu qapsından buraxdı. Oyunun 67-ci dəqiqəsində Uroş Matiç qapımıza yol tapıb-"Qarabağ"-"Apoel"-0:2
xxxx
"Qarabağ"-"Apoel" oyunun ilk hissəsi arxada qaldı. İlk hissədən sonra "Apoel" 0:1 hesabı ilə öndədir.
xxx
Bu gün Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfər məğlub etdiyi Kiprin "Apoel" kollektivini qəbul edir. Səfərdən sərfəli nəticə ilə dönən son çempionumuzun hədəfində UEFA Çempionlar Liqasının "play-of" mərhələsinə yüksəlməkdir. Görüşü Almaniyadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibertdir. Ona Yan Sedel və Lasse Koslovski kömək edirlər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirir. Matçın hakim-inspektoru Yorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid İmamoviçdin (Bosniya və Herseqovina) . "Tofiq Bəhromov adına Respublika Stadionu"nda baş tutan qarşılaşmada artıq 34-cü dəqiqəsində "Apoel" hesabı açdı. "Qarabağ"ın qapsına təyin olunan penaltini Tomas De Visenti qola çevirib-"Qarabağ"-"Apoel"-0:1


Xatırladaq ki, "Qarabağ" mübarizə I mərhələdən qoşulub. İlk mərhələdə çempionumuzun rəqibi Albaniya çempionu "Partizani" olub. Səfərdə keçirlən ilk oyunda azerkeşlər qola şahid ola bilməyib. Ancaq Bakıda "Dalğa Arena"da "Köhlən Atlar" rəqibin qapısına iki top keçirməyə nail olur. Oyunun ilk hissəsi qolsuz bərabərliklə keçsə də ikinci hissənin 51-ci dəqiqəsində Flip Ozobiç "Qarabağ"ın heyətində hesabı açır. Oyunun 94-cü dəqiqəsində isə Dani Kintana bütün suallara aydınlıq gətirir-"Qarabağ"-"Partizani"-2:0.

II təsnifat mərhələsində isə komandamız indiyədək bir qitədə olsaqda nə klub nə milli komandalar səviyəsində qarşılaşmadığımız İrlandiya təmsilçisi ilə qarşılaşdı. "Qarabağ" ilk oyunu səfərdə keçirmidi və oyun ağdamlılar üçün yaxşı başlamışdı. Oyunun 4-cü dəqiqəsində Mahir Emreli hesabı açdı. İlk hissə həm oyun baxımından həm də hesab baxımından ağdamlıların üstünlüyü ilə bitdi. İkinci hissədə rəqib bir qədər oyunun gedişində dönüş yaratmaqa nail oldu. Bu da özünü hesabda göstərdi. Belə ki, oyunun 78-ci dəqiqəsində Hoban qapımıza yol tapdı. Artıq çütün taleyi Bakıda həll olunmalı idi. Bakıdakı oyunda "Qarabağ" iddiasını oyunun ilk dəqiqlərindən ortaya qoymağı bacardı. Çox saylı hüsumların nəticəsi 12-ci dəqiqə də öz bəhrəsini verdi. Xayme Romero çərçivəni dəqiq nişan aldı. İlk hissə bu hesabla bitdi . ikinci hissədə "Qarabağ" rəqibi təziq altında saxlamaqda davam etdi. Oyunun 76-cı dəqiqəsində Ailton Silva "Dundlak"ın bütün vəziyyətini daha da çətinləşdirdi-2:0. 87-ci dəqiqədə Xayme Romero dubla imza ataraq özünün ikinci komandasının üçüncü qolunu vuraraq bütün suallara aydınlıq gətirdi-"Qarabağ"-Dundlak"-3:0

III təsnifat mərhələsinin ilk görüşü səfərdə "Apoel"ə qarşı keçirib. Görüşün ilk hissəsi başladığı kimi bitib-0:0. İkinci hissə "köhlən atlar" üçün6 uğurlu olub. İlk öncə 54-cü dəqiqədə Mahir Əmrəli GPS stadionunu sükuta qərq edib- "Apoel"-"Qarabağ"-0:1. 15 dəqiqə sonra "Apoel" daha bir soyuq duşa məruz qalıb. Maqe Qaye ikinci dəfə rəqibin qapısına yol tapıb-0:2. Oyuna əlavə 5 dəqidə isə Merkisin qolu Kipr yunanlarına tunelin ucundakı işıq olub. Beləliklə "Qarabağ" səfərdə rəqibi üzərində 1:2 hesablı parlaq qələbə qazanıb.